Cəmiyyət

"Sədərək"dəki yanğınla bağlı RƏSMİ AÇIQLAMA

22 İyul 2014 15:15
0 Şərh     Baxış: 1 245
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki ticarət mərkəzində yerləşən 8 mağazada yanğın baş verib

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 21-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki ticarət mərkəzində yerləşən 8 mağazada yanğın baş verib.

Nəticədə, 96 kvm sahəsdə mağazaların yanar konstruksiyaları və oradakı əşyalar yanıb, xəsarət alan olmayıb.

Qeyd edək ki, iyulun 21-də səhər "Sədərək" ticarət yarmarkasında yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib və onlar yanğını lokallaşdıra biliblər. Bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın saat 07:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb. İlkin ehtimala görə, hadisə elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.