Cəmiyyət

Sevgiliniz sizi aldadır? Onda oxuyun

22 İyul 2014 16:30
1 Şərh     Baxış: 1 240
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az 1937.az-a istinadən Rəfiqə Əlisəfanın yazısını təqdim edir.

Sevgilinizin sizi aldatdığından şübhələnirsiniz? Elə isə monitora yaxın oturun. Sadalayacağım əlamətlərdən ən azı ikisi varsa, təbrik edirəm, aldadılırsınız. 

Telefonda oğlan adıyla qeyd olunan qızlar

Kişilər artıq o qədər də qorxaq deyil. Dəftərlərin kənarına, Murakaminin kitabının sonuncu vərəqinə yazıb saxladıqları xanım nömrələrini indi özlərinə əziyyət verməmək üçün elə telefonlarına qeyd edirlər, amma oğlan adıyla.

İki nömrə

Adətən, oğlanlar "tutulmamaq" üçün iki nömrədən istifadə edirlər. Birini sevgilisi bilir, o birini sevgililəri. Belə olduqda onu "tutmaq" çətinləşir. Amma iki telefonu varsa, asanlıqla üstü açıla bilər.

Ağ bayraq qaldırıbsa...

Uzun sürən müharibələriniz sona çatıb? Səhvi oldu-olmadı sizdən üzr istəyir? Yox, siz onu əhliləşdirməmisiniz, o, sadəcə, özünə başqa birini tapıb. Bir ağıllı adam demişdi ki, yoldaşınız sizi hər axşam şam yeməyinə aparırsa, sevinməyin, deməli, sizə xəyanət edir. Səbəbsiz hədiyyələr, sürprizlər xəyanətdən xəbər verir.

Axx bu texnologiyalar...

Bu yaxında bir rəfiqəm mənə zəng elədi:

- Anama demişəm səninləyəm, sənə zəng vursa, götürmə.

- Bəs sənə zəng vurub mənimlə danışmaq istəsə?

- O, artıq səninlə danışıb.

Deməli, anası doğrudan da, qıza zəng vurub, o da telefonuna yüklədiyi proqramla sevgilisiylə anasını danışdırıb, amma qadın səsiylə. Xüsusi hazırlanmış proqramlar nə səs istəsəniz çıxarır: qız səsi, təyyarə səsi, tıxac səsi...

"Zaryatkam qurtarır..."

Bu yalana hələ neçə əsr inanacağıq? Müasir telefonların "zaryadka"sı artıq elə də tez qurtarmır. Boş söhbətdir!

"Məni başa düşmürsən!"

Aydın məsələdir ki, kişilər daim qabaqdangəlmişlik edir. Hər hansı bir mübahisədə suallarınızın sayı əvvəlkilərə nisbətən bir az çox oldusa, o, artıq həyəcan siqnalını qəbul edir və "tutulacağından" qorxur. Bu saniyədən sonra başlayır duyğusal təzyiqə: "Sən axır vaxtlar məni başa düşmürsən, onsuz da problemim çoxdur, sən də məni incidirsən..."

Bu aralar çox yorğunmuş

Daim yorğun, halsız və yatmaq istəyən bir şahzadəyə çevrilən sevgiliniz artıq əvvəlki qədər seksə ehtiyac duymur? Deməli, daha maraqlı bir partnyor tapıb, o sizdən daha cəlbecidir.

Neçə müddətdir birlikdəsiniz?

Yaxşı, yaxşı, ağlamayın, düzələr...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.