Cəmiyyət

"Ümid edirik ki, Azərbaycan və Ermənitan prezidentləri Parisdə görüşmək barədə təklifi qəbul edəcəklər"

22 İyul 2014 15:05
Baxış: 534
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri: "Dağlıq Qarabağ münaqişəsinin müharibə yolu ilə həlli yoxdur"

Milli.Az APA-nın ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliklə müsahibəsini təqdim edir

- Cənab Uorlik, Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonundakı son hadisələrlə bağlı mövqeyiniz necədir? Bəlli olduğu kimi ermənilər dinc azərbaycanlıları girov götürüblər, onlardan biri qətlə yetirilib.

- Biz Azərbaycan-Ermənistan sərhədində, habelə təmas xəttində insan ölümlərindən narahatlıq keçiririk. Yaralanma və ölüm hallarına gətirib çıxaran insidentlərin sayı tərəflərlə sülh axtarışları istiqamətindəki səylərimizdə reqressdir.

- Təəssüf ki, ATƏT-in Minsk qrupunun səylərinə rəğmən təmas xəttində gərginlik davam edir. Sizə elə gəlmirmi ki, belə şərtlər altında münaqişənin sülh yolu ilə həlli mümkünsüzdür?

- ABŞ və Minsk qrupunun həmsədrləri tərəflərə münaqişənin sülh yolu ilə həlli üçün kömək etmək istəyirlər. Bu münaqişənin müharibə yolu ilə həlli yoxdur. Faktiki olaraq həmsədrlər gələcək addımları müzakirə etmək üçün Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşmək istəyirlər.

- Fransa prezidenti Fransua Olland Azərbaycan və Ermənistana səfəri çərçivəsində iki ölkənin rəhbərinə Parisdə görüşməyi təklif edib. Bu istiqamətdə hər hansı irəliləyiş varmı?

- Ümid edirik ki, prezidentlər Parisdə görüşmək barədə təklifi qəbul edəcəklər. Ötən ilin noyabrında prezidentlər Vyanada görüşəndə, tərəqqinin mümkünlüyünün şahidi olduq. İnanırıq ki, bu müzakirələrin davamı sülhə doğru vacib bir addım olacaq. Həmsədrlər və ABŞ istənilən köməyi göstərməyə hazırdır.

- Fransalı həmsədr Pyerre Andriyu nə zaman rəsmən öz səlahiyyətlərinin icrasına başlayacaq?

- Səfir P.Andriyu fransalı həmsədr kimi artıq öz səlahiyyətlərinin icrasına başlayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.