Cəmiyyət

Bakıda qəzəbli yol polisi onu aldı, yerə çırpdı - VİDEO - FOTO

22 İyul 2014 13:48
8 Şərh     Baxış: 3 851
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Paytaxtda yol polisinin sürücüyə qarşı davranışı yəqin bu mətni oxuyanları da dəhşətə gətirəcək. 2014-cü ildə Azərbaycanda yol polisi sürücünün əmlakını "uff" demədən para-para edir. Buna görə də heç bir etirazla qarşılaşmır. Görüntülər Milli.Az-ın əməkdaşının avtomobilindəki video-registratora düşüb.

Hadisə ötən gün axşam saat 18:30 radələrində metronun "20 yanvar" stansiyası yaxınlığında baş verib. Sumqayıt istiqamətində hərəkət edən taksilərdən biri yolun icazə verilməyən yerində dayanaraq müştəri yığmağa başlayır. Ərazidə xidmət aparan yol polisi əməkdaşları təcili olaraq maşını sürməyi tələb edirlər. Tələblər fayda vermir. Bunu görən polislər tələb edirlər ki, inzibati protokol tərtib edilməsi üçün maşını yolun sağında saxlasın, ancaq sürücü bu tələbə də əməl etmir. Bütün göstərişləri qulaq ardına vuran sürücü yol polisi inspektorunun qəzəbinə tuş gəlir. İnspektorlardan biri avtomobilin üzərindəki "taksi" nişanını götürərək yerə vurub para-para edir. Sürücü yalnız bundan sonra maşını sürərək gedir.

Burada kimdir günahkar? Polisin tələbinə əməl etməyərək yolu kəsən, tıxac yaradan, yüzlərlə maşını arxasında gözləməyə vadar edən sürücü, yoxsa əsəblərinə hakim olmayan yol polisi əməkdaşı? Doğrusunu Daxili İşlər Nazirliyinin araşdırmasından sonra bilmək olar.

Teymur Hacıyev

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.