Cəmiyyət

Güllə yarası almış əsgərimizin üzərində unikal damar əməliyyatı aparıldı

22 İyul 2014 13:33
2 Şərh     Baxış: 1 400
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının Ürək-damar Mərkəzində cəbhə bölgəsində güllə yarası almış əsgərin üzərində unikal damar əməliyyatı aparılıb.

APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Ürək-damar şöbəsinin rəisi, uzman doktor Anar Əmrah bildirib.

A.Əmrahın sözlərinə görə, bir müddət əvvəl cəbhə bölgəsində, səngərdə ümumi yuxu arteriyasının tam qopmasıyla zədələnən əsgər hərbi ambulans helikopteri ilə təcili olaraq hospitala çatdırılıb. Burada aparılmış uğurlu əməliyyatla beyinə gedən yuxu arteriyası əsgərin öz venası ilə əvəz edilərək bərpa olunub. Əsgər 1 ay sonra evinə yola salınıb: "Bu çox ciddi əməliyyat oldu. Riskli olmasına rəğmən öhdəsindən uğurla gəldik. Yaralı əsgərin çənəsindən qəlpə dəyərək arteriyasının böyük qismini qırmışdı. Onun ayağından vena damarından götürərək bərpa elədik".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.