Cəmiyyət

Qala-Pirallahı avtomobil yolunda aparılan yenidənqurma işlərinin gedişatı açıqlandı

22 İyul 2014 11:13
0 Şərh     Baxış: 627
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq Qala-Pirallahı avtomobil yolu yenidən qurulur".

Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, uzunluğu 21,7 km olan yolun 7 km-i 6 , 14,7 km-i isə 4 hərəkət zolağından ibarət olacaq. Layihə üzrə 2 yol qovşağı, 1 yeraltı piyada keçidinin inşası nəzərdə tutulub: "Artıq yolun 7-22 km hissəsində torpaq-qazma işləri yekunlaşmaq üzrədir. Demək olar ki, torpaq yatağının tikintisi 90 faiz yerinə yetirilib. 14,5 km hissədə asfalt-beton örtüyünün tikintisi və işıqlandırma sisteminin quraşdırılması yaxın günlərdə başa çatdırılacaq. Hazırda yol boyu əyri xətli tirlərin quraşdırılması, qırmadaş-qum qarışığının döşənməsi və üst layın asfalt-beton örtüyünün tikintisi işləri davam etdirilir".

P.Mürsəliyev qeyd edib ki, yolun 14,5 km hissəsində tikinti işlərinin 2014-ci ilin sonu, 2015-ci ilin əvvəllərində başa çatdırılması gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.