Cəmiyyət

Nabrandakı tanınmış istirahət mərkəzində iyrənclik - FOTO

22 İyul 2014 02:00
13 Şərh     Baxış: 11 222
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanda tanınmış istirahət mərkəzindən narazılıq var. Oxucular Milli.Az-a yazır ki, Nabran qəsəbəsindəki "Məkan" istirahət mərkəzində anti-sanitariya hökm sürür:

"Adam orada qalmağa iyrənir. Çörək qabının içərisi çirklidir, stola meyvə-tərəvəz palçıqlı gətirilir".

Xaçmaz Rayon Turizm Şöbəsiin müdiri Nazim Ağayev Milli.Az-a bildirdi ki, bütün istirahət mərkəzlərində hər il monitorinq keçirilir. Turizm Nazirliyi tərəfindən keçirilən monitorinqlərdə istirahət mərkəzlərində aşkarlanan nöqsanlar aradan qaldırılır.

Şöbə müdirinin sözlərinə görə, "Məkan" istirahət mərkəzi ilə bağlı məsələ araşdırılacaq.

Məsələ ilə əlaqədar istirahət mərkəzinin direktoru Dostməd Seyidov Milli.Az-a açıqlamasında bildirdi ki, mərkəzdə natəmizliyin olması ilə bağlı edilən şikayət və çəkilən fotoları ona pislik etmək istəyənlər edib. Direktorun sözlərinə görə, bütün gün mərkəzdə olur və belə problemlərin olması mükün deyil: "Kim çəkib o şəkilləri? Hər gün 60 turist obyektimdə olur. Gəlib onlardan soruşa bilərsiniz vəziyyət barədə. Bütün müştərilər yeməkdən razı gedirlər".

Gülər
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Foto: Əli Kərimov
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.