Cəmiyyət

Mikayıl Cabbarovun yeni təyin olunan müavini kimdir? - AÇIQLAMA

21 İyul 2014 11:31
0 Şərh     Baxış: 1 888
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təhsil Nazirliyi Firudin Qurbanovun təhsil nazirinin müavini təyin edilməsi ilə bağlı məlumat yayıb

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, prezidentin 18 iyul tarixli sərəncamı ilə Qurbanov Firudin İsa oğlu Azərbaycan təhsil nazirinin müavini təyin edilib.

Firudin Qurbanov 1952-ci ildə anadan olub. 1974-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu xalq təsərrüfatının iqtisadiyyatı, təşkili və planlaşdırılması ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1981-ci ildə iqtisad elmlərinamizədi alimlik dərəcəsini, 1988-ci ildə dosent elmiadını alıb.

Əmək fəaliyyətinə 1974-cü ildə Azərbaycan Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda başlayıb, 1982-ci ilə kimi burada çalışıb. 1982-1989-cu illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialında, 1989-1994-cü illərdə Təhsil Nazirliyinin Dövlət İnspeksiyasında işləyib

1994-2007-ci illərdə Gənclər və İdman Nazirliyində Elm və təhsil şöbəsinin müdiri, 2007-ci ildən Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri olub. 2011-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medal ilə təltif olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.