Cəmiyyət

Həftənin ilk iş günü Azərbaycanda hava necə olacaq?

20 İyul 2014 15:23
1 Şərh     Baxış: 3 005
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Həftənin ilk iş günü Azərbaycanda hava dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, iyulun 21-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 

Abşeron yarımadasında temperatur gecə 20-25 dərəcə isti, gündüz 29-34 dərəcə isti, Bakıda gecə 23-25 dərəcə isti, gündüz 31-33 dərəcə isti olacaq.
 

Azərbaycan rayonlarında, əsasən, yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 18-23 dərəcə isti, gündüz 29-34 dərəcə isti olacaq.

Aran rayonlarında iyulun 21-də havanın, əsasən, yağmursuz olacağı, temperaturun gecə 20-25 dərəcə isti, gündüz 31-36 dərəcə isti olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.