Cəmiyyət

Bakıda qəribə hadisə - FOTO

20 İyul 2014 15:04
17 Şərh     Baxış: 10 439
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Binanın girişi zibillə doldu, qadın bayıra çıxa bilmədi

İyulun 19-da saat 18:39-da Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə maraqlı müraciət daxil olub.

Nəsimi rayonu, 4-cü mikrorayon, 20 yanvar küçəsi, bina 19a ünvanında vətəndaşın köməyə ehtiyacı olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən, Yasamal rayonu üzrə xilasedicilər qrupu hadisə yerinə cəlb edilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1958-ci il təvəllüdlü Məlikova Nazilə Meybalı qızı binanın blokunun giriş hissəsi məişət və tikinti materiallarının tullantıları ilə bağlandığından çıxmaq iqtidarında olmayıb və kömək üçün 112 Xidmətinə müraciət edib.

Xilasedicilər adıçəkilən ünvanda köməksiz vəziyyətdə qalmış zərərçəkmişi təhlükəsizlik qaydalarına riayət etməklə xilas ediblər. Əməliyyatın sonunda xilasedicilər Nəsimi rayonu 19-cu polis bölməsinin əməkdaşı, polis mayoru Rövşən Babayevin iştirakı ilə müvafiq akt tərtib ediblər.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.