Cəmiyyət

Uşağınızı istedadlı hesab edirsinizsə, müraciət edin

18 İyul 2014 17:59
0 Şərh     Baxış: 974
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhərində xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üçün elektron ərizələrin qəbuluna başlanılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, təhsil nazirinin "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları" barədə əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən və BŞTİ-nin tabeçiliyində olan məktəblərə qəbulla əlaqədar olaraq, iyulun 20-dən elektron ərizələrin qəbuluna başlanılacaq. Elektron ərizələrin qəbulu avqust ayının 20-dək davam edəcək.

Qeydiyyat zamanı vətəndaşlar elektron ərizə ilə yanaşı uşağın doğum haqqında şəhadətnaməsinin surətini və 3x4 sm ölçüdə 1 ədəd fotoşəklini də əlavə etməlidirlər.

"Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"na əsasən I sinfə qəbul həmin il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.