Cəmiyyət

I və IV qrup üzrə yüksək bal toplayanların sayı ötən illə müqayisədə artıb

18 İyul 2014 12:58
0 Şərh     Baxış: 1 089
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Bu il ali və orta ixtisas məktəblərinə I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 1525 nəfər, IV ixtisas qrupunda 403 nəfər 600-dən çox bal toplayıb".

Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bu gün keçirdiyi mətbuat konfrasında bildirib.

Onun sözlərinə görə, bu il I qrup üzrə 1525 nəfər, IV qrup üzrə isə 930 nəfər abituriyent 500-dən çox bal toplayıb.

Bu il hər iki qrup üzrə yüksək bal toplayanların sayı ötən illə müqayisədə artıb. Ötən il I qrup üzrə 1179 nəfər 500-dən çox, 367 nəfər isə 600-dən çox, IV qrup üzrə 973 nəfər 500-dən çox, 403 nəfər 600-dən çox nəticə göstərib.

E.Nağızadə bildirib ki, bu il ali məktəblətim I və IV ixtisas qrupu üzrə müsabiqə vəziyyətinin çətin olmayacağı gözlənilir. Onun sözlərinə görə, bu il I ixtisas qrupu üzrə qəbul planı ötən ilə nisbətən təxminən 3,93 faiz artıb. Bu il I qrup üzrə ali məktəblərə 12 052 plan yeri ayrılıb, müsabiqədə isə 12 319 nəfər iştirak edir. Bu isə o deməkdir ki, 1 plan yeri uğrunda 1 nəfər mübarizə aparacaq. IV qrup üzrə isə qəbul planında cüzi - cəmi 32 plan yeri artıb və 4482 yer ayrılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.