Cəmiyyət

TQDK yekun qiymətləndirmənin nəticələrini Təhsil Nazirliyi və təhsil şöbələrinə təqdim edib

17 İyul 2014 14:10
0 Şərh     Baxış: 1 023
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014-cü tədris ili üzrə yekun qiymətləndirmənin nəticələrini Təhsil Nazirliyi və şəhər (rayon) təhsil şöbələrinə təqdim edib.

Trend komissiyanın saytına istinadən bildirir ki, 2013/2014 -cü tədris ili üzrə IX və XI sinif şagirdlərinin buraxılış imtahanı qiymətlərini və dövlət nümunəli təhsil sənədinə yazılacaq yekun qiymətləri elektron imza ilə imzalanmış şəkildə Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsinə təqdim olunub.

Eyni zamanda şəhər (rayon) təhsil şöbələri və təhsil müəssisələri buraxılış sinif şagirdlərinin yekun qiymətlərini "Şagird-məzun" sistemindən elektron imza ilə təsdiq edilmiş siyahı şəklində əldə edərək çap edə bilərlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.