Cəmiyyət

Qəbul imtahanlarında 700 bal toplayan abituriyentlər kimlərdir?

16 İyul 2014 11:18
8 Şərh     Baxış: 2 280
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycanda I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında ən yüksək bal-mümkün 700 balı toplayan abituriyentlərin kimliyini və təhsil aldıqları məktəblərin adlarını açıqlayıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, həmin məzunların ikisi rayon və kənd orta məktəbinin, qalanları isə təmayüllü məktəblərin və liseylərin məzunlarıdır.

I ixtisas qrupunda Qurbanlı Könül Yusif qızı Azərbaycan bölməsi üzrə sənəd verib. O, Bakı şəhərindəki "Zəngi" liseyinin builki məzunudur.

İbrahimov Eltun Nazim oğlu Azərbaycan bölməsinə sənəd verib və Bakı şəhərindəki Kimya-biologiya təmayüllü liseyi bu il bitirib.

Hacılı Məmməd İsmayıl oğlu
Azərbaycan bölməsinə sənəd verib. O, Bakı şəhərində Bakı özəl türk liseyinin "Dədə Qorqud" filialını bu il başa vurub.

Nəbizadə Fatimeyizəhrnemət
Azərbaycan bölməsinə sənəd verib, Bakı şəhərindəki Bakı Türk liseyinin (BDU-nun nəzdində, təsisçi Türkiyə Dəyanət Vəqfi) builki məzunudur.

Quluzadə Nurlan Fəzayil oğlu
Azərbaycan bölməsinə ərizə verib. O, Bakı şəhərindəki "Zəkalar" liseyinin cari il məzunudur.

IV ixtisas qrupu üzrə sənəd vermiş Məmmədzadə İlkin Rəfael oğlu Azərbaycan bölməsi üzrə ərizə verib. O, Ağdam rayonu Çəmənli kənd orta məktəbinin builki məzunudur.

Bu qrupa sənəd verən Qasımov Nicat Nazim oğlu da Azərbaycan bölməsi üzrə ərizə verib. O, Ağsu rayonu 1 saylı şəhər orta məktəbinin builki məzunudur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.