Cəmiyyət

Ali məktəblərə qəbul aparılan ixtisaslar açıqlandı

14 İyul 2014 12:23
3 Şərh     Baxış: 2 441
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda ali məktəblərə qəbul aparılan ixtisaslar və onların kodları, ixtisaslar üzrə plan yerləri açıqlanıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, bu məlumatlar "Abituriyent" jurnalının 4-cü sayında təqdim olunub.

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi iyulun 24-dən avqustun 5-dək aparılacaq.

TQDK ixtisas seçiminə kömək məqsədilə hər bir ixtisas qrupunun abituriyentləri üçün "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" adlı vəsaitlər çap edəcək.

Vəsaitdə təhsil formaları (dövlət sifarişli və ödənişli), Azərbaycan və rus bölmələri üzrə ayrılıqda və hər iki bölmənin birgə müsabiqəsinə aid qəbul planları, müsabiqəyə buraxılma şərtləri, eyni zamanda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasına dair məlumatlar təqdim olunacaq.

Xatırladaq ki, abituriyentlərin ixtisas seçimi zamanı düzgün istiqamət götürmələrinə kömək məqsədilə ali və orta ixtisas təhsili müəssisələrinə ötənilki qəbul imtahanlarında formalaşmış keçid balları haqqında məlumatlar ayrıca vəsaitlərdə çap olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.