Cəmiyyət

Təhsil Nazirliyində idarə ləğv edildi

14 İyul 2014 11:47
0 Şərh     Baxış: 1 170
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təhsil Nazirliyinin tabeliyində olan təsərrüfat hesablı təşkilat- Maddi Texniki-Təchizat İdarəsi ləğv edilib

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bu, "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda edilən yeni dəyişikliklərdə nəzərdə tutulub.

Yeni dəyişikliklərə əsasən, 23 nömrəli tam orta məktəb həmin siyahınının "Ümumi təhsil müəssisələri (ibtidai, orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər və digər müəssisələr)" bölməsinə əlavə edilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.