Cəmiyyət

TQDK apelyasiya komissiyası yaratdı

14 İyul 2014 11:03
0 Şərh     Baxış: 1 350
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qəbul imtahanlarında iştirak edən abituriyentlər üçün apelyasiya komissiyası yaradıb.

Trend TQDK-nın saytına istinadən bildirir ki, iyul ayının 12-də ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə bağlı appelyasiya komissiyası yaradılıb.

Apelyasiya komissiyasına müraciət etmək istəyənlər iyul ayının 14-də saat 10-dan 17-dək şəxsiyyət vəsiqələri ilə TQDK-ya müraciət edə bilərlər. Komissiya Bakı şəhəri, akademik H.Əliyev küçəsi, 17-də fəaliyyət göstərəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.