Cəmiyyət

Magistratuya qəbul olanların diqqətinə

10 İyul 2014 17:17
3 Şərh     Baxış: 1 369
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olan bakalavrların qeydiyyat müddəti uzadılıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı 11 iyul saat 17:00-dək uzadılıb.

Bakalavrlar həmin vaxta qədər qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Əks təqdirdə, yəni bakalavrların qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və həmin bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.