Cəmiyyət

Bakı məktəblərində çalışan müəllimlərin 96 faizi sınaq qiymətləndirilmədə iştirak edib

8 İyul 2014 18:41
0 Şərh     Baxış: 806
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakı şəhəri üzrə ümumtəhsil məktəblərində çalışan müəllimlərin sınaq qiymətləndirilməsində ümumilikdə 357 məktəbin 28825 müəllimi iştirak edib. Bu da Bakı şəhər məktəblərində çalışan müəllimlərin 96 fazini təşkil edir.

Trend Təhsil Nazirliyinə istinadən məlumat verir ki, sınaq qiymətləndirilmənin nəticələri ilə bağlı təhlillər aparılıb və yekun rəy bütövlükdə qənaətbəxş hesab olunub. Sınaq qiymətləndirilmənin nəticələri müəllimlərin hansı siniflərdə dərs deyə bilmək imkanları, dərs saatlarının optimal bölüşdürülməsi, yeni tədris texnologiyalarından istifadə səviyyəsi, üfüqi ünsiyyət qura bilmək səriştəsi ilə bağlı ətraflı məlumat bazasını əks etdirir.

Sınaq qiymətləndirilmədə iştirak edən müəllimlərin 14,4 faiz zəif, 85,6 faizi isə qənaətbəxş nəticə göstərib. Bunlardan 18,2 faizi yüksək nəticə göstərmiş müəllimlərdir.

Coğrafiya və riyaziyyat müəllimləri nisbətən yüksək, Azərbaycan dili və ədəbiyyat, kimya müəllimləri isə nisbətən zəif nəticə göstəriblər.

Ümumilikdə, zəif nəticə göstərən müəllimlərin gələcəkdə təşkil ediləcək ixtisasartırma kurslarında, pilot və digər inkişafyönümlü layihələrdə, öyrədici təlimlərdə iştirakı nəticələrin keyfiyyətcə dəyişməsi üçün imkanlar yaradılacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.