Cəmiyyət

TQDK abituriyentlərə müraciət etdi

7 İyul 2014 18:20
2 Şərh     Baxış: 3 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.

Trend komissiyanın rəsmi saytına istinadən bildirir ki, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi iyulun 2-də başlayıb və bu proses iyulun 10-da saat 23:59-da başa çatacaq.

İxtisas seçimi internet vasitəsilə həyata keçirilir. Bu günə kimi müsabiqə şərtlərini ödəmiş 20 minə yaxın abituriyentdən 15 min abituriyent ixtisas seçimi ərizələrini təsdiqləyib. Abituriyentin elektron ixtisas seçimi ərizəsi" yalnız təsdiq edildikdən sonra hüquqi əhəmiyyətə malik olur.

İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılırlar.

2014-2015-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar "Abituriyent" jurnalının 3-cü sayında dərc olunub. Abituriyentlər, eyni zamanda, elektron ixtisas seçimi ərizəsindən keçid etməklə kolleclərə qəbul aparılan ixtisasların siyahısı ilə tanış ola bilərlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.