Cəmiyyət

İqtisad Universitetinin tələbələri üçün ixtisas seçimi ləğv edildi

7 İyul 2014 17:50
0 Şərh     Baxış: 1 354
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) təhsil alan tələbələr üçün ixtisas seçimi ləğv edilib

Universitetdən Trend-ə verilən məlumata görə, məktəbin rektoru, professor Ədalət Muradov imtahan sessiyasının yekunu ilə bağlı qrup nümayəndələri, tələbələr və tədris bölmələrinin rəhbərinin iştirakı ilə görüş keçirib.

Görüş zamanı imtahan sessiyasının təkmilləşdirilməsi istiqamətində tətbiq edilən dəyişikliklər barədə müzakirələr aparılıb, təkliflər dinlənilib.

Universitet rektoru müraciətləri nəzərə alaraq ADİU-da ixtisas seçiminin ləğv edilməsi qərarını verib.

Yekun qərara əsasən, ADİU-da təhsil alan tələbələr ixtisas seçimi prosesində istədikləri istiqaməti seçə biləcəklər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.