Cəmiyyət

Bəzi tələbələrə əlavə təqaüdlər veriləcək

7 İyul 2014 17:43
0 Şərh     Baxış: 1 003
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında 500-600 bal toplayaraq müəllim ixtisasına qəbul olan və elektron ərizələrində müəllimlik ixtisasını I və II yerlərdə qeyd edən tələbələrə əlavə təqaüdlər veriləcək.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, bu təqaüdlərin ilkin mərhələdə 300 tələbəyə verilməsi nəzərdə tutulur. Təqaüdin məbləği 100 manat olacaq. Təqaüdlər tələbələrə Təhsil Nazirliyi tərəfindən veriləcək.

Növbəti tədris ilindən ali məktəblərdə müəllimlik ixtısası üzrə təhsil alanlar üçün təcrübə müddətinin uzadılması da nəzərdə tutulur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.