Cəmiyyət

Sinoptiklərdən şad xəbər

7 İyul 2014 12:43
10 Şərh     Baxış: 7 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Azərbaycanda havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək, küləkli hava şəraiti üstünlük təşkil edəcək

Ölkə ərazisində sərin hava şəraiti iyulun 8 və 9-da müşahidə ediləcək.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.

O deyib ki, iyulun 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Sabah küləkli hava şəraiti müşahidə ediləcək, şimal-qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 20-24, gündüz 27-32 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 19-25, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.