Cəmiyyət

Bu gün qəbul imtahanıdır - YENİLƏNİB - FOTO

6 İyul 2014 11:41
0 Şərh     Baxış: 3 243
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
11:41

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində SABAH qruplarına qəbul imtahanı keçirilir.

Təhsil Nazirliyin elm və ali təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov APA-ya açıqlamasında bildirib ki, SABAH qruplarına daxil olmaq üçün ərizə qəbulu mayın 12-dan iyunun 15-dək aparılıb və bu müddət ərzində imtahanda iştirak etmək üçün 53 ixtisas üzrə 2500-dən çox tələbə qeydiyyatdan keçib.

Onun sözlərinə görə, imtahan Dövlət İqtisad Universiteti ilə yanaşı, Naxçıvan Dövlət Universitetində də təşkil olunub və orada təxminən 100-ə yaxın tələbənin biliyi yoxlanılacaq. Hər iki binada imtahan eyni vaxtda - saat 10:00-da başlayıb və 1,5 saat ərzində davam edəcək.

Tələbələr imtahanda ingilis dili və məntiqdən hər biri 25 sual olmaqla ümumi 50 sualı cavablandırmalıdır. Hər bir test sualı 1 balla qiymətləndirilir və səhv cavablar düz cavabları ixtisar etmir. İmtahanın nəticələri emal olunduqdan sonra 1 həftə ərzində elan olunacaq.

Nəticələr Təhsil Nazirliyinin rəsmi internet səhifəsində və sabah.edu.az saytında yerləşdiriləcək.

İmtahan nəticələrinə əsasən, hər bir ixtisas üzrə yüksək bal toplayan 25 nəfər müsahibəyə buraxılacaq. Hər iki mərhələdən-test imtahanı və müsahibədən keçən tələbələr təhsillərini II kursdan ixtisaslarına uyğun olaraq SABAH qruplarının yaradıldığı baza ali təhsil müəssisələrində davam etdirəcəklər.

Qeyd edək ki, bu ildən ali təhsil sistemində yeni yaradılacaq "SABAH" qrupları savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən təşkil ediləcək.

"SABAH" qrupları ölkədə müasir tələblərə cavab verən gənclərin hazırlanmasına böyük təkan verəcək. İlk olaraq növbəti tədris ilində 1300 tələbə II kursdan SABAH qruplarında təhsil ala biləcək. Aztəminatlı ailələrdən olan tələbələr yataqxana və yeməklə təmin olunacaq.


----------
09:25

İmtahan Azərbaycan Dövlət İqtisad Universitetinin 1-ci tədris binasında təşkil olunacaq


Bu gün SABAH qruplarına qəbul imtahanı keçiriləcək.

Milli.Az xəbər verir ki, Təhsil Nazirliyindən anspress-ə verilən məlumata görə, imtahan Azərbaycan Dövlət İqtisad Universitetinin 1- ci tədris binasında təşkil olunacaq. Burada ölkənin 34 ali təhsil müəssisəsinndən seçilmiş 1-ci kurs tələbələrinin iştirakı nəzərdə tutulub. Ümumilikdə, 53 ixtisası əhatə edən tələbələr imtahanda ingilis dili və məntiqdən hər biri 25 sual olmaqla ümumi 50 sualı 1,5 saat ərzində cavablandırmalıdır.

Hər bir test sualı 1 balla qiymətləndirilir. Səhv cavablar düz cavabları ixtisar etmir.

İmtahanın nəticələri elan olunduqdan sonra Təhsil Nazirliyinin rəsmi internet səhifəsində və "sabah.edu.az" saytında yerləşdiriləcək.

Qeyd edək ki, SABAH qruplarına daxil olmaq üçün ərizə qəbulu mayın 12-dən iyunun 15-dək aparılıb.

Milli.Az


---------
11:41

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.