Cəmiyyət

İyunun son gününün havası

30 İyun 2014 00:05
0 Şərh     Baxış: 2 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 30-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Milli.Az AzərTAc-a istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 19-23° isti, gündüz 24-28° isti, Bakıda gecə 20-23° isti, gündüz 26-28° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22° isti, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 22-24° isti, Türkan, Hövsan, Şıx, Sahildə 23-25° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Havanın temperaturunun gecə 17-22° isti, gündüz 29-34° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 10-15° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Havanın temperaturunun gecə 17-22° isti, gündüz 27-32° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 15-20° isti, gündüz 24-29° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Havanın temperaturunun gecə 19-24° isti, gündüz 29-34° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 20-24° isti, gündüz 27-32° isti, dağlarda gecə 12-17° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.