Cəmiyyət

Həftənin ilk iş günü üçün hava proqnozu

29 İyun 2014 14:17
0 Şərh     Baxış: 3 675
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Həftənin ilk iş günü Azərbaycanda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, iyunun 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Temperatur gecə 19-23 dərəcə, gündüz 24-28 dərəcə isti, Bakıda gecə 20-23 dərəcə, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.

Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22 dərəcə isti, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 22-24 dərəcə isti, Türkan, Hövsan, Şıx və Sahildə 23-25 dərəcə isti təşkil edəcəkdir.

Azərbaycanın rayonlarında iyunun 30-da əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 17-22 dərəcə, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.
Aran rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Havanın temperaturunun gecə 19-24 dərəcə, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.