Cəmiyyət

Bu günün hava proqnozu

28 İyun 2014 00:05
1 Şərh     Baxış: 3 125
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 28-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumatı 

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasındahava az buludlu, yağmursuz olacaqdır. Temperaturun gecə 20-24°, gündüz 30-35°, yarımadanın bəzi yerlərində 37° isti, Bakıda gecə 22-24°, gündüz 32-34° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 24-25°, Türkan, Hövsan, Şıx və Sahildə 25-26° isti olacaqdır.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Temperaturun gecə 17-22°, gündüz 32-37°, bəzi yerlərdə 39° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Temperaturun gecə 11-16°, gündüz 24-29° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı gözlənilir. Temperatur gecə 20-24°, gündüz 32-37° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Temperaturun gecə 16-21°, gündüz 29-34°, bəzi yerlərdə 37° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 20-25°, gündüz 34-39° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 20-24°, gündüz 32-37° isti, dağlarda gecə 15-20°, gündüz 25-30° isti olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.