Cəmiyyət

Bu günün hava proqnozu

27 İyun 2014 00:05
2 Şərh     Baxış: 2 471
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 27-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında

havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 20-24°, gündüz 30-35° isti, Bakıda gecə 22-24°, gündüz 31-33° isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 23-24°, Türkan, Hövsan, Şıx və Sahildə 24-25° isti olacaq.
 

Naxçıvan Muxtar Respublikasında axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 17-22°, gündüz 30-35°, bəzi yerlərdə 37° isti olacağı gözlənilir.
 

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcəkdir. Axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Gecə 11-16°, gündüz 21-26° isti olacaq.
 

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında

hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam və gecə dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 20-24°, gündüz 30-35° isti olacağı gözlənilir.
 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmazvə Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 16-21°, gündüz 27-32° isti olacaq.
 

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 19-24°, gündüz 33-38° isti olacağı gözlənilir.
 

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək.
Gecə 21-23°, gündüz 29-34° isti, dağlarda gecə 14-19°, gündüz 23-28° isti olacağı gözlənilir.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ