Cəmiyyət

Azərbaycanda güclü istilər olacaq

26 İyun 2014 12:51
22 Şərh     Baxış: 8 973
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sabah Azərbaycanın bəzi rayonlarında havanın temperaturu 40 dərəcəyə yaxın olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, iyunun 27-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gündüz cənub küləyi axşam şimal küləyi ilə əvəzlənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq.

İyunun 27-də Azərbaycanın bölgələrində hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə, əsasən şimal və qərb rayonlarında şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.