Cəmiyyət

Azərbaycanda bayram gününün hava proqnozu açıqlandı

25 İyun 2014 12:02
13 Şərh     Baxış: 6 244
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanda 26 iyun - Silahlı Qüvvələr Gününün hava proqnozu açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva Trend-ə bildirib ki, bu gün axşama doğru Bakıda və Abşeron yarımadasında küləyin sürəti azalacaq. Havanın temperaturu dünənlə müqayisədə 2-3 dərəcə yüksələcək.

İyunun 26-da havanın isti keçəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında havanın temperaturunun 35 dərəcəyə çatacağı ehtimalı var.

Azərbaycanın Aran rayonlarında isə sabah 38 dərəcə isti proqnozlaşdırılır.

U.Tağıyeva bildirib ki, iyunun 23 və 24-də ölkə ərazisində müşahidə edilən temperatur iqlim norması daxilində olub.

Qeyd edək ki, son bir neçə gün ərzində Azərbaycanda nisbətən sərin və küləkli hava şəraiti müşahidə edilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.