Cəmiyyət

Bu günün hava proqnozu

24 İyun 2014 00:05
0 Şərh     Baxış: 3 182
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 24-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Temperatur gecə 19-23°, gündüz 25-30° isti, Bakıda gecə 21-23°, gündüz 28-30° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 55-60 faiz təşkil edəcək.

Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 22-23°, Türkan, Hövsan, ŞıxSahildə 23-24° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında, əsasən, gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Temperaturun gecə 16-21°, gündüz 30-35° isti olacağı gözlənilir.
                             
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər Daşkəsən-Gədəbəy rayonlarında, əsasən, gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Temperaturun gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Temperaturun gecə 18-23°, gündüz 29-34° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz Qusar rayonlarında, əsasən, gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Temperaturun gecə 15-20°, gündüz 27-32° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Temperaturun gecə 19-24°, gündüz 31-36° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Temperaturun gecə 20-23°, gündüz 27-32° isti, dağlarda gecə 15-18°, gündüz 20-25° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnozİyunun 25-i gündüzədək Abşeron yarımadasında güclü şimal-qərb küləyinin üstünlüyü meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.