Cəmiyyət

Bu günün hava proqnozu

23 İyun 2014 00:05
1 Şərh     Baxış: 4 529
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 23-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat 

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Temperatur gecə 18-23° isti, gündüz 24-29° isti,
Bakıda gecə 20-22° isti, gündüz 26-28° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80 faiz, gündüz 40-50 faiz təşkil edəcəkdir.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23° isti, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 23-24° isti, Türkan, Hövsan, Şıx, Sahildə 23-24° isti təşkil edəcəkdir.
 

Naxçıvan Muxtar Respublikasında, əsasən, gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.
Havanın temperaturunun gecə 15-20° isti, gündüz 28-33° isti olacağı gözlənilir.


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında,
əsasən, gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi ehtimalı var.
Temperaturun gecə 9-14° isti, gündüz 20-24° isti olacağı gözlənilir.
 

Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında, əsasən, gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi ehtimalı var.
Temperaturun gecə 16-21° isti, gündüz 29-34° isti olacağı gözlənilir.
 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında, əsasən, gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturunun gecə 14-19° isti, gündüz 26-31° isti olacağı gözlənilir.
 

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında, əsasən, gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 18-23° isti, gündüz 30-35° isti olacağı gözlənilir.
 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında, əsasən, gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.
Havanın temperaturunun gecə 18-22° isti, gündüz 28-33° isti, dağlarda gecə 14-18° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.