Hadisə, Kriminal

21 yaşlı azərbaycanlı qız nişanlısının evində intihar edib

5 İyun 2014 10:22
2 Şərh     Baxış: 5 211
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sankt-Peterburqda 21 yaşlı azərbaycanlı qız hündürmərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə iyunun 3-də, günorta saatlarında baş verib.

21 yaşlı adı açıqlanmayan azərbaycanlı qız Sankt-Peterburqun Kalininski rayonunun Prosveşeniya prospekti, 99 ünvanında yerləşən binanın 17-ci mərtəbəsindən özünü yerə atıb. O, yerindəcə keçinib.

Araşdırmalar zamanı azərbaycanlı qızın Moskva sakini olduğu məlum olub. Onun Sankt-Peterburqda yaşayan nişanlısının evinə qonaq gəldiyi bildirilib. İntihar edən qızın adı açıqlanmayan nişanlısının 27 yaşlı azərbaycanlı olduğu da məlum olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.