Cəmiyyət

QHT-lərə Dövlət Dəstəyi Şurası hesabat verdi - FOTO

25 Aprel 2014 14:39
Baxış: 511
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında rüblük fəaliyyətin yekunları ilə bağlı Katibliyin toplantısı keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, görülən işlər haqqında hesabat məruzələri dinlənilib və Şuranın cari ildə maliyyələşdirdiyi layihələrin icra vəziyyəti bütün istiqamətlər üzrə geniş təhlil edilib.

Toplantını Şura sədri Azay Quliyev açaraq fəaliyyətin rüblük yekunlarının müzakirəsinin vacibliyini bildirib.

Layihələrin idarə edilməsi, monitorinq və hesabatların vəziyyəti ilə bağlı Katibliyin böyük məsləhətçisi Fərid Rüstəmov, mühasibatlıq və maliyyə vəsaitlərinin köçürülməsilə bağlı aparıcı məsləhətçi Emin Məmmədov, xarici ölkə QHT-ləri layihələrinin maliyyələşdirilməsi haqqında baş məsləhətçi Mustafa Qurbanlı, Şuranın informasiya siyasətinin qurulması və tənzimlənməsilə bağlı www.qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov, həyata keçirilən layihələrin təbliği ilə bağlı "Vətəndaş cəmiyyəti" jurnalının baş redaktoru Səfər Alışarlı, QHT layihələri çərçivəsində çap edilən nəşrlərin poliqrafik vəziyyəti haqqında "QHT Nəşriyyatı" MMC-nin direktoru Rafiq Hüseynli məruzələrlə çıxış ediblər.

Məruzələrlə bağlı fikir və təkliflərini bildirən Şura sədri A.Quliyev yerinə yetirilən layihələrin cəmiyyət üçün aktuallığını qeyd edərək, QHT-lərə hər cür yardım edilməsi ilə bərabər onlara qarşı Katiblik əməkdaşları tərəfindən tələbkarlığın yüksəldilməsinin vacibliyini bildirib.

A.Quliyev vurğulayıb ki, QHT-lərin banklardan ayrılmış qrant vəsaitlərini götürməsi ilə bağlı yaranmış problem Şura və Mərkəzi Bank arasında aparılan danışıqlar vasitəsilə həll edilib. Layihə idarəçiliyində effektivliyin artırılması məqsədilə Şuranın maliyyələşdirdiyi hər bir istiqamət üzrə QHT təmsilçiləri üçün maarifləndirdmə sessiyaları təşkil olunub, yeni metodik tövsiyələr hazırlanaraq QHT-lərə paylanıb.

Layihələrin icrasının monitorinqinin təşkilində qarşıya çıxan problemlərin həlli, o cümlədən Katiblik əməkdaşları ilə QHT-lər arasında kommunikativ əlaqələrin konkret iş günləri qrafiklərinə uyğun qurulması və hesabatların qəbulu üçün müddət çərçivələrinin təyin edilməsi ilə bağlı Şura sədri A.Quliyev Katibliyin rəhbərliyinə konkret tapşırıqlar verib.

Şura tərəfindən xarici ölkə QHT-lərinin layihələrinin maliyyələşdirilməsi üzrə müvafiq əməkdaşların hesabatlarını dinləyən sədr A.Quliyev vəsaitlərin QHT hesablarına köçürülməsi, həyata keçirilmiş tədbirlər haqqında hesabatların alınması və yoxlanılmasında yaranan çətinliklərin aradan qaldırılmasına yönəlik tapşırıqlar verib. Qeyd edilib ki, Şuranın dəstəyilə 12 xarici ölkədə həyata keçirilən 29 layihə üçün maliyyə vəsaitləri köçürülüb, 2 layihə artıq yekunlaşıb.

Tədbirdə daxili kargüzarlığa aid elektron proqramın Katiblik əməkdaşları tərəfindən daha yaxşı mənimsənilməsi üçün əlavə təlimlərin keçirilməsinə ehtiyacın olduğu bildirilib.

Toplantıda Şuranın informasiya siyasətinin günün tələblərinə uyğun şəkildə tənzimlənməsinin vacibliyini vurğulayan sədr A.Quliyev Şuranın www.qhtxeber.az informasiya portalı, "Vətəndaş cəmiyyəti" jurnalı və "QHT Nəşriyyatı" MMC-nin fəaliyyəti ilə bağlı hesabatlara aid də tövsiyə və tapşırıqlarını verib. Qeyd edilib ki, informasiya yayımının operativliyini və yüksək keyfiyyətini təmin etmək üçün bu qurumlara hər cür şərait yaradılıb. Ölkədə vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi naminə həyata keçirilən bütün layihələrə informasiya dəstəyinin təmin olunması haqda fikir mübadiləsi aparılıb. Şura sədri QHT layihələri çərçivəsində nəşr edilmiş buklet və bülletenlərin tərtibat və poliqrafik keyfiyyətindən narazılığını ifadə edərək bu məsələlərin nizama salınması üçün müvafiq şəxslərdən ibarət xüsusi redaksiya komissiyasının yaradılmasını zəruri sayıb.

Sədr A.Quliyev Şuranın qarşısında duran mühüm dövlət əhəmiyyətli vəzifələrin layiqincə yerinə yetirilməsinin Katiblikdə çalışan hər bir əməkdaşdan da asılı olduğunu müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.