Cəmiyyət

Təhsil Nazirliyində kadr dəyişikliyi

25 Aprel 2014 13:56
Baxış: 1 058
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Təhsil Nazirliyində növbəti kadr dəyişikliyi aparılıb.

Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov vəzifəsindən azad edilib. Bu xəbəri APA-ya açıqlamasında təsdiqləyən A.İbrahimov qeyd edib ki, təhsil nazirinin əmri ilə şöbə müdiri vəzifəsindən çıxarılaraq nazirin müşaviri təyin olunub: "Hazırda təhsil nazirinin 3 müşaviri var - mən, Hüseyn Əliyev və İlham Pirməmmədov. Təhsil nazirinin müşaviri Elxan Hüseynov Sumqayıt Dövlət Universitetinə rektor təyin olunandan sonra müşavir vəzifəsinə təyin olundum və bu işin icrasına başladım. İndi əsas diqqətimi təhsilin bütün pillələri üzrə təkliflərin hazırlanmasına yönəltmişəm".
 
A.İbrahimov əlavə edib ki, hazırda təhsil nazirinin digər müşaviri Hüseyn Əliyev həm də  nazirliyin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri əvəzi vəzifəsini icra edir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.