Cəmiyyət

Səttar Mehbalıyev uşaq istirahət mərkəzlərindən danışdı

25 Aprel 2014 12:33
Baxış: 395
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda uşaq istirahət mərkəzlərinin tikilməsində özəl şirkətlər, iş adamları maraqlı olmalıdırlar

Bu barədə Trend-ə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev bildirib.

S.Mehbalıyev qeyd edib ki, Sovet dönəmində hər bir zavodun, fabrikin nəzdində uşaq istirahət düşərgələri var idi: "Azərbaycanda özəlləşdirmə prosesi həyata keçirildikdən sonra həmin zavod, fabriklər və onların tərkibində fəaliyyət göstərən uşaq düşərgələrinin ərazisi də özəlləşdirildi. İndi bu, artıq kommersiya yönümlüdür".

AHİK sədrinin sözlərinə görə, özəl müəssisə və ya şirkətlər uşaq istirahət mərkəzləri tikib gəlir əldə edə bilərlər:

"Həmkarlar ittifaqları da həmin mərkəzlərlə razılığa gəlib müqavilə əsasında öz üzvlərinin uşaqlarını istirahətə göndərə bilərlər. Kommersiya şirkətləri bu işdə maraqlı olmalıdırlar. Hər şeyi dövlətin üstünə atmaq olmaz. Bir çox ölkələrdə uşaq istirahət mərkəzləri özəl şirkətlər tərəfindən yaradılır".

S.Mehbalıyev bildirib ki, hazırda Azərbaycanda çoxlu sayda özəl istirahət mərkəzləri tikilib və gəlir əldə etməklə fəaliyyət göstərirlər: "İş adamları düşünməlidirlər ki, uşaq istirahət mərkəzləri yaratmaqla da yaxşı mənfəət əldə edə bilərlər. İndi bəzi nazirliklərin nəzdində belə uşaq istirahət mərkəzləri fəaliyyət göstərir. Onların sayının artması uşaqların yay tətilləri zamanı asudə vaxtlarını daha səmərəli keçməsinə gətirib çıxaracaq".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.