Cəmiyyət

"Qarabağ atları" lentə alınacaq - VİDEO

25 Aprel 2014 13:13
0 Şərh     Baxış: 518
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanda "Qarabağ atları" adlI sənədli film çəkiləcək.

Milli.Az EL TV-yə istinadən bildirir ki, eyniadlı tarixi və ensklopedik kitab da yazılacaq. Məqsəd Azərbaycan mədəniyyətini dünyaya tanıtmaqdır. Kinorejissor Nur Dolayın sözlərinə görə, filmdə  Azərbaycan insanı ilə atın dostluğundan və azərbaycanlıların qədim yaşayış tərzindən bəhs olunacaq. Filmə çəkiləcək aktyorlar isə  qəsəbə və kənd sakinləri arasından seçiləcək.  Artıq  çəkiliş üçün İsmayıllı rayonunun Lahıc qəsəbəsində və Basqal kəndində məkanlar  da müəyyənləşdirilib.  Filmin yaradıcı heyəti   Basqal kəndində  17-ci əsrdə tikilən və hazırda  tarixi  abidə kimi qorunan  hamamda, məsciddə, o cümlədən  "Kəlağayı" Basqal İpək Mərkəzində olub.
16-cı əsrə aid olan Çinar ağacını ziyarət ediblər.  Lahıc qəsəbəsində qədimi saxsı qabların, xalçaların və  alətlərin  qorunduğu muzeydə olublar.  Gəzilən ərazilər sənədli-filmdə yer alacaq.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.