Cəmiyyət

Azərbaycana dolu yağdı

25 Aprel 2014 11:12
0 Şərh     Baxış: 1 348
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatalanın bir neçə kəndinə dolu yağıb

APA-nın məlumatına görə, aprel ayının 24-ü gecə saat 22:30 radələrindən başlayaraq Zaqatala rayonu ərazisində qeyri-sabit hava şəraiti hökm sürüb.

Rayon ərazisində iki saat ərzində şimşək çaxıb, yağış yağıb, rayonun Aşağı Tala, Yuxarı Tala, Muxax, Çobankol və Gözbarax kəndlərinə dolu düşüb.

Hava şəraiti ilə əlaqədar gecə saatlarında rayonun bir sıra kəndlərinə elektrik enerjisinin verilməsində qısa müddətli fasilələr yaranıb. Dolu daha çox Muxax, Çobankol və Gözbarax kəndlərinə düşüb. Bu kəndlərin sakinlərinin APA-ya verdikləri məlumata görə, gecə saatlarında yağan güclü dolu diametrinə görə böyük olub.

Zaqatala Rayon İcra Hakimiyyətinin Çobankol və Gözbarax kəndləri üzrə inzibati icra nümayəndəliklərindən bildirilib ki, dolu nəticəsində kənd təsərrüfatına ziyan dəyib. Gecə saatlarında kəndlərə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.