Cəmiyyət

Şahin Sultanovdan xəbər var

25 Aprel 2014 11:29
Baxış: 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Həbs edilən Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun həbs-qəti imkan tədbiri barədə qərarından apellyasiya şikayəti bu gün məhkəməyə təqdim olunur.

Milli.Az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya Ş. Sultanovun vəkili Adəm Məmmədov məlumat verib. Onun sözlərinə görə, bu gün təyin olunan son müddət başa çatdığı üçün mütləq şikayət məhkəməyə təqdim olunmalıdır.

Vəkil həmçinin çox qısa müddətdə apellyasiya şikayətinə baxılacağını bildirib.

Qeyd edək ki, Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs-qəti imkan tədbiri seçilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.