Cəmiyyət

"Tağı Əhmədovun istintaqa çağırılmasından xəbərsizəm" - YENİLƏNİB

25 Aprel 2014 16:36
6 Şərh     Baxış: 3 002
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
16:36

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Salatın Əhmədova həyat yoldaşı olan Bakı metropoliteninin sabiq rəisi Tağı Əhmədovun həbs olunacağı barədə yayılan məlumatlara qısa münasibət bildirib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, S.Əhmədova açıqlamasında Tağı Əhmədov barədə yazılanlardan xəbərsiz olduğunu söyləyib. O deyib: "Tağı Əhmədovun istintaqa çağırılmasından xəbərim yoxdur. İndi dərsdəyəm, ona görə də bu barədə heç nə bilmirəm".

Xatırladaq ki, mətbuatda Tağı Əhmədovun istintaqa çağırılması barədə xəbərlər yayılıb.


---------
10:58

Bakı Metropolitenində həbslər gözlənilir

"Azadlıq"a daxil olan məlumatlara görə, metropolitendə aparılan yoxlamalardan sonra həbslərə start veriləcək.

Məlumatda deyilir ki, aparılan yoxlamalar metropolitenin keçmiş rəisi Tağı Əhmədovun fəaliyyəti dövrünü əhatə edir.

Artıq bir sıra ciddi korrupsiya əməliyyatları üzə çıxıb. Həmçinin metrodakı ticarətlə bağlı da ciddi faktlar var. Məlumatda deyilir ki, yoxlamalar hələ davam edir. İddialara görə, əsasən Tağı Əhmədovun kadrları və metropolitendə çalışan yaxınlarına həbs təhlükəsi yaranıb. Hətta Tağı Əhmədovun özünün də məsuliyyətə cəlb olunma ehtimalı var.

Milli.Az xəbər verir ki, "Qafqazinfo" məlumatı dəqiqləşdirmək üçün Bakı Metropoliteni ilə əlaqə saxlayıb. Metropolitendən "Qafqazinfo"ya daxil olan məlumata görə, hazırda Metropolitendə heç bir yoxlama aparılmır:

"Hər şey qaydasındadır. Yayılan xəbər həqiqəti əks etdirmir. Hazırda hər kəs öz işinin başındadır. Metronun səviyyəsini dünya standartlarına çatdırmaq üçün gecə-gündüz işləyirik".

Metropolitendən həmçinin "20 Yanvar" metrosundakı ticarət obyektləri ilə bağlı son günlər mediada yayılan xəbərlərə münasibət bildirilib:

""20 Yanvar" metrosunun  giriş-çıxış yerlərində olan bütün ticarət obyektləri yığışdırılıb. Qalan köşklər piyada keçidlərindədir. Həmin keçidlər isə Metropoliten ərazisinə daxil deyil".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.