Cəmiyyət

Bakının ən müasir metrostansiyasından xəbər var

25 Aprel 2014 10:12
0 Şərh     Baxış: 3 212
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Metropolitenin mətbuat xidməti inşası davam edən "Avtovağzal" stansiyası ilə bağlı yeni açıqlama verib

Milli.Az mətbuat xidmətindən azvision.az-a bildirilib ki, "Avtovağzal" stansiyasında işlər yekun mərhələdədir: "Ancaq bəzi media quruluşlarında iddia etdiyi vaxtda - bu ilin may ayında açılış mümkün deyil. İşlər davam edir, yeni avadanlıqlar quraşdırılır. Stansiyanın yaxın vaxt ərzində yox, bu il ərzində açılması planlaşdırılır.

Eyni xətt üzrə "Memar Əcəmi-2" stansiyası tikilir. Böyük ehtimalla hər iki stansiyanın açılışı eyni vaxtda olacaq. "Avtovağzal" stansiyasının yanında depo da inşa olunmalıdır. İşlər qrafikə uyğun davam etdirilir. Heç bir ciddi problem yoxdur.

Yeni stansiyalar həm görünüş, həm təhlükəsizlik, həm də daxili quruluş etibarilə fərqlənəcək. Müasir texnologiyalar və yeni avadanlıqlarla təchiz olunmuş "Avtovağzal" stansiyasında platformalar 7 vaqonlu qatarlar üçün nəzərdə tutulub".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.