Cəmiyyət

Qonşu dayaq divarını sökür: nə etməli?

25 Aprel 2014 10:42
0 Şərh     Baxış: 855
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Day.Az saytının redaksiyasına səs-küylü qonşulardan şikayət edən oxucu məktub göndərib. Milli.Az-ın məlumatına görə, məktubda deyilir:

"Mən Əhmədlidə 9-mərtəbəli binada yaşayıram. Üstümüzdə qalan qonşu əsas divarı sökmək qərarına gəlib. Mən onlara deyəndə ki, Mənzil İstismar İdarəsinin icazəsi olmadan bunu etmək olmaz, xəbərdarlığıma əhəmiyyət vermədilər. Mİİ-yə müraciət etdim. Mühəndis gəlib bizim evimizin divarlarında yaranan çatları çəkdi. Yuxarıdakı qonşuya çıxıb bir az səs-küy salıb getdi. Baxmayaraq ki, mən öz gözlərimlə əsas divarın söküldüyünü görmüşəm, növbəti dəfə Mİİ-yə müraciət edəndə dedilər ki, o sadəcə kosmetik təmirdir".

Oxucu soruşur ki, bu cür halların qarşısını almaq üçün daha haraya müraciət etmək olar?

Oxucunun sualına cavab tapmaq üçün saytın əməkdaşı Səbail Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Orada dərhal bildirdilər ki, divarın dağıdılması qadağandır.

"Yerli qanunvericiliyə əsasən, eyvan tikilməsi qadağandır.

Demək yerinə düşər ki, hazırda artırılmış eyvanların demontajı həyata keçirilir. Binalar əvvəlki vəziyyətinə gətirilir. Özbaşına planlaşdırmaya icazə verilmir. Əgər Mİİ-də deyilirsə ki, orada sadəcə kosmetik təmir həyata keçirilir, o zaman Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə zəng vurmaq lazımdır. Nazirliyin müvafiq qurumu həmin işlə məşğul olacaq", - icra hakimiyyəti rəsmisi deyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.