Cəmiyyət

Məmur övladları və müğənnilərin bahalı maşınlarının nömrələri və QİYMƏTLƏR - FOTO

25 Aprel 2014 10:06
8 Şərh     Baxış: 18 239
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Son günlər internet mediası və sosial şəbəkələr maddi imkanları geniş olan məmur və deputat övladlarının sürdükləri bahalı avtomobillərin fotoşəkillərini, videogörüntülərini yayırlar. Bu şəkillər və videolarda əks olunan bahalı maşınlarla bağlı diqqət çəkən məqamlardan biri də onların üzərindəki nömrə nişanlarıdır.

Milli.Az xəbər verir ki, modern.az saytının əməkdaşı həmin avtomobillərin şəkilləri və videgörüntülərini müşahidə edərkən məlum olub ki, məmur və deputat övladları daha çox qoşa, güzgü effektli ("zerkalnı"), cüt və eyni rəqəmli nömrə nişanlarına üstünlük verirlər.
Bu nömrələr isə hamı üçün əlçatan deyil və bahalı nömrələr sayılır.
Baxmayaraq ki, qanunla müəyyənləşdirilmiş rüsumları ödəməklə istənilən vətəndaş qoşa, "zerkalnı", cüt və eyni rəqəmli nömrə nişanlarına sahib ola bilər.

"Amma həmin nömrələr hər adama verilmir". Bunu Modern.az saytına Baş Dövlət Yol Polisi İdarəsindəki (BDYPİ) mənbə etiraf edib. Adının çəkilməsini istəməyən BDYPİ əməkdaşı müxbirimizə bildirib ki, geniş maddi imkanlara malik olan məmur övladları, varlı balaları belə nömrələrə sahiblənməyi özləri üşün bir prestij hesab edirlər.

Bunu Baş Dövlət Yol Polisi İdarəsində də bilməmiş deyillər. Ona görə də həmin gənclər bahalı avtomobil alarkən həm də bahalı nömrələrə sahiblənməyə çalışırlar. Bu zaman isə həmin nömrələrin neçəyə olması onlar üçün fərq etmir. Belə olduğu təqdirdə BDYPİ-nin fürsətcil əməkdaşları "pulunu balta kəsməyən" gənclərdən mümkün qədər çox vəsait qoparmağa çalışırlar və əksər hallarda da buna nail olurlar.

"Məsələn, sıfırla başlayan (005, 001, 009), cüt (200, 600, 900 və s.), güzgü effektli (101, 303, 505), eynirəqəmli (666, 111, 777) nömrələr varlı gənclər arasında populyardır. Bir misal çəkim, bu yaxınlarda xalq artisti Ağasəlim Abdullayevin ailəsini qəzaya salan Xalid Mədətovun bahalı "Mersedes-Benz G-55" avtomobilini xatırlayın, nömrəsi 90-FE-007-dir. Onun kimin övladı olduğunu bilirsiniz. Mənzərə aydın olduğundan digərlərinin adını çəkməyə ehtiyac yoxdur", - deyə Baş Dövlət Yol Polisi İdarəsindəki mənbə imkanlı məmur övladlarının "nömrə hərisliyi"ni təsvir edərkən bildirib.

Modern.az saytı Baş Dövlət Yol Polisi İdarəsindən nömrə nişanlarının qanunla müəyyənləşdirilmiş qiymət cədvəlini əldə edib. "Dövlət rüsumu haqqında" Qanunla müəyyən edilmiş qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumlarının dərəcələri aşağıdakı kimi müəyyən olunub:

Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə:

Dövlət qeydiyyat
nişanında əks olunmuş
rəqəmlərin kombinasiyası

Dövlət rüsumunun məbləği
(manatla)

seriyası müxtəlif
hərflərdən ibarət
olduqda

seriyası eyni hərflərdən
ibarət olduqda

001, 002, 003, 004, 005, 006, 007, 008, 009

1500 manat

2500 manat

100, 200, 300, 400, 500, 600, 700, 800, 900

1000 manat

1500 manat

111, 222, 333, 444, 555, 666, 777, 888, 999

500 manat

1000 manat


Amma "nömrə hərisləri" təkcə məmur övladları deyil. Belə "prestijli nömrələr"in sahibləri arasında müğənnilər də seçilirlər. Modern.az əvvəllər bu haqda yazıb. Amma məqamı gəldiyindən buna yenidən qayıdıb əyani misallar göstərə bilərik.

Məsələn, qiyməti 80 min ABŞ dollarından baha olan "Audi Q7" markalı avtomobil sürən xalq artisti Faiq Ağayevin maşınının nömrəsinə diqqət yetirin: nömrədə müğənninin ad və soyadının baş hərfləri qeyd edilib, yanında da üç eyni rəqəm - 10 FA 222...

Azəri qızı Günel bir müddət öncə 90 GA 222 nömrə nişanı olan "Hyundaı" markalı avtomobil sürürdü.

Xalq artisti İlhamə Quliyevaya məxsus olan bahalı - 93 minlik "İnfiniti" markalı maşın 90-GO-101 nömrə nişanına malikdir.

Müğənni Ruhinin idarə etdiyi "Mercedes CLS" avtomobilinin özü kimi nömrəsi də bahalıdır - 10-ZO-777.

Şou-biznesin digər qalmaqallı müğənnisi Nüşabə Ələsgərlinin "Mercedes-ML" avtomobilinin nömrə nişanı necə deyərlər, "zerkalnı"dır - 10 LZ 101.

Maddi imkanlarına görə bir çox həmkarından qabaqda olan müğənni Abbas Bağırovun bahalı avtomobilinin "prestijli nömrə"si var - 90-BA-006.

Qalmaqalları ilə tez-tez şou-biznesin gündəmini zəbt edən Rəqsanə "Range Rover" sürürdü. 90 min dollar qiyməti olan bu maşının super nömrəsi var - 90 EZ 999... Həmin maşının müğənnidə indi də qalıb-qalmadığını deyə bilmərik.

Digər tanınmış müğənni Xatirə İslamın sürdüyü "Range Rover" markalı avtomobilin nömrəsi də çoxları üçün əlçatmaz sayıla bilər - 10 MC 111.

Aygün Kazımovanın 170 min dollarlıq ağ rəngli "BMW 750" markalı avtomobilinin nömrə nişanına həsəd aparanlar var - 90 BL 009.

Müğənni Cavanşir Məmmədovun sürdüyü 960 min avroluq "Rolls Royce Phantom 6,7 AT" markalı maşının nömrəsinə (10 HS 100) görə ona həsəd aparanlar var.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.