Cəmiyyət

Gəncədə bir ilk - FOTO

24 Aprel 2014 20:03
Baxış: 2 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Gəncə şəhərində ilk dəfə ailə quran cütlüklərin Heydər Əliyev Mərkəzində nikah mərasimi keçirilib. Artıq bu cür mərasimlərin mərkəzdə keçirilməsinin ənənə şəklini alması gözlənilir. Bildirək ki, gəlinin atası Zülfü Vəliyev Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, yeni ailə həyatı quran bəy Gəncə şəhər sakini 24 yaşlı Əli Rzayev və gəlin Daşkəsən rayon sakini 21 yaşlı Aytən Vəliyeva Heydər Əliyev Mərkəzinin önündə olan Zəfər Tağına baxıblar. Daha sonra bəylə gəlin Heydər Əliyev Mərkəzinin önündə ucalan ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüb. Abidə önündə xatirə şəkli çəkdiriləndən sonra bəy, gəlin və qonaqlar mərkəzə daxil olublar. Bəy və gəlin onlar üçün ayrılmış nikah stolunun arxasında əyləşiblər və Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsinin rəisi Şəlalə Cəfərova onların kəbinini kəsib.

Əli Rzayev: "Özümüz öz aramızda qərara gəldik ki, gələk bura. İlk qədəmlərimiz buradan başlasın. Ona görə bura gəldik, nikahımız burada oldu".
Valideynlər da övladlarının bu xoş gününə çox sevinməklə yanaşı, bir ilkə imza atmalarından da fərəh hissi keçirirlər.

Əsmər Rzayeva
, bəyin anası: "Axıra qədər xoşbəxtliyi özlərində məsuliyyət kimi hiss etsinlər. Bu müqəddəs imam Hüseyn şəhəri olan Gəncədə nikahı kəsilən ailənin ömrü boyu həyatda peşmançılığı olmasın".
Sonda yeni ailə quran cütlüklərə Gəncə şəhər İH adından hədiyyələr təqdim olunub.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.