Cəmiyyət

Kəmaləddin Heydərov qəbələliləri dinləyəcək

24 Aprel 2014 19:05
Baxış: 479
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən aprelin 28-də saat 11:00-dan Qəbələ şəhərində vətəndaşların qəbulu keçiriləcək.
 

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, qəbulda yalnız Qəbələ, Zaqatala, Şəki, Balakən, Qax, Oğuz, İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
 

Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
 

Baş vermiş zəlzələ ilə bağlı vətəndaşların qəbulu Qəbələ rayon Mədəniyyət Mərkəzində (ünvan: Qəbələ şəhəri, 28 may küçəsi, 40), digər məsələlərlə bağlı isə Fövqəladə Hallar Nazirliyinin Simal-qərb Regional Mərkəzinin inzibati binasinda (ünvan: Qəbələ şəhəri, Elçin Kərimov küçəsi, 46) keçiriləcək.
 

Vətəndaşların qeydiyyatı müvafiq olaraq Qəbələ rayon Mədəniyyət Mərkəzində və Simal-qərb Regional Mərkəzinin inzibati binasinda aprelin 27-si saat 09:00-dan başlayacaq.
 

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.


Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.