Cəmiyyət

Sabir Rüstəmxanlı məmur balalarına qahmar çıxdı

24 Aprel 2014 17:41
1 Şərh     Baxış: 883
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mən Elton Məmmədovun uşaqlarını tanıyıram. Onlar çox abırlı və öz yerlərini bilən uşaqlardır"

Milli.Az xəbər verir ki, bu sözləri Aktual.az-a Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı son günlər dəbdəbəli həyatları ilə gündəmə gələn məmur övladlarının qanunları pozması barədə mətbuatda gedən xəbərlərə münasibət bildirərkən deyib.

Sabir Rüstəmxanlının sözlərinə görə, uzun müddət Rusiyada yaşamış Elton Məmmədov nəqliyyat naziri olan qardaşı Ziya Məmmədovun hesabına yox, öz hesabına millət vəkili adını qazanan dəyərli ziyalıdır:

"O, öz sahəsini kifayət qədər peşəkar bilən adamdır. Onun övladlarını qudurğan saymaq, qətiyyən, doğru deyil. Əgər yadınızdadırsa, bir zamanlar Kəmaləddin Heydərovun da oğlunun barəsində belə yazılar çap olunurdu. Amma sonradan məlum oldu ki, o, xaricdə təhsil almış kifayət qədər tərbiyəli və qabiliyyətli oğlandır. Yaxud Ziya Məmmədovun oğlu Anar Məmmədovun da haqqında belə yazılar yazılırdı. Amma Anar Məmmədov bu yazıları yazan insanlardan daha çox mühüm işlər görüb".

Millət vəkili hesab edir ki, məmur övladı bir iş görən kimi bu barədə yazılır, amma sıravi vətəndaşın övladı bu qanunsuzluğu edəndə adi qarşılanır:

"Bunun fərqi yoxdur, çünki hamımız bu ölkənin vətəndaşıyıq və hamı da qanun qarşısında bərabərdir. Onu da qeyd edim ki, çox vaxt məmur övladları barəsində mətbuata bu cür məlumatların sızdırılmasında oliqarxlar arasında gizli savaşın fiquruna çevrilən qüvvələrin rolu olur".

Xatırladaq ki, Virtualaz.org saytında (sonradan digər saytlarda da) deputat Elton Məmmədovun oğlunun Bakının Zığ-Aeroport şossesində sürət yarışına çıxdığını əks etdirən videokadrlar yayılıb. Elton Məmmədov mətbuata açıqlamasında videokadrlarda oğlu Aynar Məmmədova məxsus olduğu iddia edilən 10 LZ 100 nömrəli maşınının onların olmadığını və bunu özünə qarşı şər-böhtan kampaniyası hesab etdiyini söyləyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.