Cəmiyyət

Şəkidə ev uçdu - YENİLƏNİB - VİDEO

24 Aprel 2014 17:58
0 Şərh     Baxış: 781
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
15:53

Bu gün günorta saatlarında Şəkidə bədbəxt hadisə baş verib. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, şəhərin Arxüstü məhəlləsi adlanan ərazidə ev uçub. Hadisə Məmmədov Ələkbər Feyzi oğluna məxsus 46 saylı evdə qeydə alınıb. Uçqun nəticəsində adıçəkilən vətəndaşa məxsus evin bir hissəsi tamamilə yararsız hala düşüb.

Səbəb isə ərazidə aparılan qazınti işləridir. Bundan başqa, ərazidə olan qaz borusu və işıq dirəklərinə də ziyan dəyib. Xoşbəxtlikdən hadisə zamanı heç kim xəsarət almayıb. Ev sahibinin sözlərinə əsasən, hadisə baş verən vaxt o, işdə olub.
Qeyd edək ki, hazırda həmin ərazidə su-kanlizasiya xətləri çəkilir.

Milli.Az


----------
17:58

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.