Cəmiyyət

Bakıda anaya körpəsinə süd vermək qadağan edildi

24 Aprel 2014 15:48
3 Şərh     Baxış: 1 104
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Xəzər rayon Məhkəməsində baxılan boşanma işi zamanı hakim anaya öz körpəsinə süd verməyi qadağan edib

"Qafqazinfo"nun məlumatına görə, ananın hələ subay ikən HİV-ə yoluxduğu ilə bağlı məlumatı olsa da, bunu ərindən gizlədib. Cütlüyün övladı dünyaya gələndən sonra ər arvadının HİV-ə yoluxduğunu öyrənib. Arvadının yalanını üzə çıxaran ər məhkəmədə HİV daşıyıcısı olan həyat yoldaşına qarşı boşanma iddiası qaldırıb.

Boşanma işinə baxan hakim qadının HİV-ə yoluxduğunu və körpənin də ana südündən HİV-ə yoluxa biləcəyi təhlükəsini nəzərə alaraq, qadına körpəsini əmizdirməyi qadağan edən qərardad çıxarıb.

Beş aylıq olan körpə bundan sonra anasının südünü əmməkdən məhrum olacaq.

Hazırda boşanma iddiası üzrə iş davam edir.

Qeyd edək ki, Qan testi nəticəsində ərin və körpənin HİV-ə yoluxmadığı məlum olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.