Cəmiyyət

Polis deputat oğlunun maşınını cərimə meydançasına apardı - FOTO

24 Aprel 2014 15:39
2 Şərh     Baxış: 1 574
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus 10-LZ-100 dövlət nömrə nişanlı "Nissan Skyline GT-R35" avtomobili hazırda cərimə meydançasındadır və onun sahibi sürücülük hüququndan məhrum edilib.

"Qafqazinfo" "Novosti Azerbaydjana" saytına istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, həmin avtomobil etibarnamə əsasında paytaxt sakini Elxan İbrahim oğlu Əliyevə məxsusdur.

Qeyd edək ki, millət vəkili Elton Məmmədov bahalı maşının oğlu Aynara deyil, Zaur Bağırov adlı bir şəxsə məxsus olduğunu bildirmişdi. Deputat, həmçinin Zauru tanımadığını da qeyd etmişdi. Daha sonra məlum oldu ki, Zaur Bağırov millət vəkilinin oğlu Aynar Məmmədovun ən yaxın dostudur.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.