Müasir dizayn və arxitektura sahəsində ən nüfuzlu institutlardan biri olan London Dizayn Muzeyi (Design Museum) illik "Designs of the Year-2014" mükafatının qaliblərini açıqlayıb.
Trend xəbər verir ki, Britaniyanın BBC telekanalının saytında verilən məlumata görə, "Arxitektura" nominasiyasında qalib Bakıdakı Heydər Əliyev Mərkəzi olub.
Münsiflər heyəti Heydər Əliyev Mərkəzini belə qiymətləndiriblər: "Bu, gözəldir, ilhamvericidir. Bu, xüsusi dahiliyin aydın görüntüsüdür və biz düşünürük ki, bu, çox gözəl binadır".
Muzey dizaynda yeni tendensiya və mövzuları daha yaxşı şəkildə nümayiş etdirən "Arxitektura", "Digital", "Dəb", "İnteryer dizaynı", "Qrafika", "Məhsullar" və "Nəqliyyat" nominasiyalarında yeddi qalib müəyyən edib.
Yeddi qalib "Design of the Year-2014"-ün əsas mükafatı uğrunda yarışacaq. Qalib iyunun 30-da Londonda "St Martins Lane" hotelində elan ediləcək.
1989-cu ildə Londonda yaradılmış Dizayn Muzeyi dünyada aparıcı muzeydir. Onun ekspozisiyaları arxitektura və dizayna həsr edilib. Muzey dizaynın bütün sahələrini, o cümlədən qrafika, dəb və digərlərini əhatə edir.
İllik "Designs of the Year" dizayn mükafatı "Arxitektura", "Digital", "Dəb", "İnteryer dizaynı", "Qrafika", "Məhsullar" və "Nəqliyyat" nominasiyalarında ən yaxşı innovasiya layihələrini də seçir.
Heydər Əliyev Mərkəzi Azərbaycanın paytaxtı Bakıda, Heydər Əliyev prospektində inşa edilən mədəni mərkəzdir. Mərkəzin layihəsi 2007-ci ildə Zaha Hadid tərəfindən hazırlanıb. Heydər Əliyev Mərkəzi müasir Bakının simvollarından biri hesab edilir.
Milli.Az
Böyütmək üçün şəklə klikləyin.
Cəmiyyət
Heydər Əliyev Mərkəzi "Arxitektura" nominasiyasında nüfuzlu "Designs of the Year-2014" mükafatının sahibi olub - FOTO
24 Aprel 2014 14:35
Baxış: 1 625
DİGƏR XƏBƏRLƏR
- Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
- Azərbaycanda 45 yaşlı kişi 23 yaşlı qızı qaçırdı - FOTO
- Azərbaycanda şirkət 20 min, vəzifəli şəxs 3 500 manat cərimələndi
- Yunus Oğuzun "Cığır"ı Qəbələdə - FOTO
- Ətin qiyməti dəyişə bilər? - AÇIQLAMA - VİDEO
- ABŞ general Hikmət Mirzəyevə sanksiya tətbiq etmək İSTƏYİR - YENİLƏNİB
XƏBƏR LENTİ
- İki həftədə bir dəfə pəhrizi pozmaq olar - Zərərsizdir
- Elmir Mirzəyevin “İqor Stravinskinin "Свадебка"sı və Rus Musiqisində Arxetipik Başlanğıc” adlı mühazirəsi keçirilib - FOTO
- Elməddindən "Komedixana"nın aktyorlarına ATMACA: "Kişi göbək rəqsi edər?" - VİDEO
- Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir
- Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
- UEFA-dan AVRO-2024-lə bağlı qərar
- Bakıda işçi mühafizə etdiyi idman zalının kassasını taladı - FOTO
- Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları təsdiqləndi
- Prezident: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır
- İlham Əliyev: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir
- Əməkdar artistin sağlıq vəziyyəti açıqlandı
- Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi
- "Şöhrətim məndən balamı aldı" - FOTO
- Tokayev “soyqırımı” abidəsini ziyarətdən imtina etdi
- Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb
- Daha bir prospektdə velosiped yolu salınır
- Azərbaycan millisində 20 futbolçu
- Zülfiyyə Bayramovanın mədəsində yenidən ŞİŞ AŞKARLANDI - FOTO
- Prezident: Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik
- Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
- İlham Əliyev: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib
- "Tesla" bu ölkələrdə ucuzlaşdı
- Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir
- Pendirdən imtina etməyin 4 əsas səbəbi